ATƏT Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu qəbuledilməz hesab edir. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, bu barədə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik”, - K.Vigenin Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşdə bildirib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin əhəmiyyətini vurğulayıb.
“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Biz problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq”, - K.Vigenin qeyd edib.
Öz növbəsində, B.Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir.“Siz Minsk qrupu həmsədrlərinin ATƏT PA çərçivəsində müzakirələrə qatılmaq məsələsini qaldırmısınız. Düşünürəm ki, hazırkı səfərdən sonra bəlkə də bu cəhdi reallaşdırmaq qarşıdakı görüşlərdə mümkün olsun”, - vitse-spiker vurğulayıb.
B.Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət