2017-ci il sentyabr ayının 1-nə olan vəziyyətə görə, cari ilin yanvar-avqust aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 24,7% - 12 mlrd. 376,6 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2017-ci il sentyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 824 mln. manat (artım 23,9%) və ya bütün kreditlərin 14,7%-ni təşkil edir.
2017-ci il avqustun 31-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 426,7 mln. manat (azalma 57,8%) və ya bütün kreditlərin 19,6%-i, özəl banklar tərəfindən 9 mlrd. 497,6 mln. manat (azalma 7,1%) və ya bütün kreditlərin 76,7%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Avqustun sonuna verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 222,3 mln. manat (azalma 16,26%) milli valyuta, 5 mlrd. 154,3 mln. manat (azalma 33,8%) xarici valyuta ilə verilib. Yanvar-avqust aylarının yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2016-cı ilin yekunları üzrə 47,3%-ə qarşı 41,6% təşkil edir.
Cari ilin sentyabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 108,5 mln. manat (bütün kreditlərin 17%-i) ticarət və xidmət sahəsinin, 368,9 mln. manat (3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 463,4 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahəsinin, 541,4 mln. manat (4,4%) daşınmaz əmlak sahəsinin, 643,9 mln. manat (5,2%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 62,7 mln. manat (8,6%) nəqliyyat və rabitə sahəsinin, 4 mlrd. 923 mln. manat (39,8%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-avqust aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 16% azalıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət