BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul edilmiş “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı dövrü qətnamənin lehinə Ermənistanın səs verməsi rəsmi İrəvan tərəfindən riyakarlıqdır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Ermənistan Respublikasının qətnamənin lehinə səs verməsi əslində Ermənistanın növbəti riyakarlığıdır. Nasizmin təbliği bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir”, - H.Hacıyev “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, N.Qareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli ideologiyası “bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir”.
“Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır”, - o bəyan edib.
H.Hacıyev vurğulayıb ki, Ermənistanın bu dövlət siyasəti “II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusilə faşizm üzərində qələbənin əldə edilməsində misilsiz xidmətləri olan keçmiş SSRİ vətəndaşlarına hörmətsizliyin ifrat nümunəsidir”.
“Bütün bu əməllərin fonunda Ermənistan BMT Baş Assambleyasında sözügedən qətnamənin qəbul olunmasının lehinə səs verir”, - o əlavə edib.
O cümlədən, H.Hacıyev erməni terror təşkilatı ASALA-nın fəaliyyətinə toxunub. “İrqçi siyasət, ksenofobiya, dözümsüzlük və ekstremist ideologiya ilə terrorizm arasında birbaşa bağlılıq var. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq irqçi ideologiya əsasında yaradılmış erməni terror təşkilatı ASALA öz əməliyyat zonasını Yaxın Şərq, Avropa və Şimalı Amerikadan Cənubu Qafqaza keçirib. ASALA-nın terror əməliyyatları təcrübəsi və “modus operandisi” əsasında Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində 30-dan çox terror əməliyyatı törədilib”, - H.Hacıyev bildirib.
“Bakı metrosunda törədilmiş terrorla Ermənistan və ASALA dünyada ilk “metro terrorizmi”ni həyata keçirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməllərinin, o cümlədən Xocalı soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qrupları bilavasitə iştirak ediblər”, - o əlavə edib.
H.Hacıyev xatırladıb ki, ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır və onun adına paytaxt Yerevanda abidə və küçə var. “Monte Melkonyanın terrorçu “qəhrəmanlığı” Ermənistanda orta məktəb dərsliyinə daxil edilib. 1983-cü ildə Fransada Orli hava limanında terror törətmiş ASALA terrorçusu Varujan Qarabedyan 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı və təltif olundu”, - o vurğulayıb.
Onun sözlərinə görə, V.Qarabedyan hazırda Ermənistanın hərbi diktatura rejiminin kriminal dayaqlarından biridir.
“Bu kimi hallar, ilk növbədə, həmin terror aktının qurbanı olan günahsız insanların ailələrinin hisslərinə toxunur. Ritorik və müqayisəli şəkildə desək, o anlama gəlir ki, Parisdə Bataklan terrorunu törətmiş şəxs bir neçə ildən sonra həbsdən azad edilir və o, sonradan İŞİD tərəfindən “qəhrəman”laşdırılır?”, - H.Hacıyev bildirib.
Digər bir nümunə Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Murad Topalyandır. “M.Topalyan ABŞ-ın siyasi rəhbər dairələri ilə sıx əlaqələrə malik ola-ola, ABŞ ərazisində ASALA-nın xətti ilə terror əməllərini təşkil edir və yönləndirirdi. Terror əməlləri sübut edildikdən sonra həmin şəxs minimal həbs cəzası aldı və hazırda yenə də Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərir”, - - XİN rəsmisi qeyd edib.
O əlavə edib ki, M.Topalyan ABŞ siyasi dairələri ilə sıx əlaqə saxlayır və lobbist fəaliyyəti həyata keçirir, antiazərbaycan təbliğat aparır və hətta ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini təşkil edir və maliyyələşdirir.
“M.Topalyan və onun digər tərəfdaşları Ermənistanın “milli qəhrəmanları” sırasındadır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir”, - H.Hacıyev deyib.
16 noyabr 2017-ci il tarixində BMT Baş Assambleyasının üçüncü komitəsi Rusiya Federasiyasının təşəbbüsü ilə irəli sürülən “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı dövrü qətnaməni səs çoxluğu ilə qəbul edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət