Azərbaycanın Gürcüstana yatırdığı investisiyalar $3 mlrd. həcmində qiymətləndirilir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri zamanı bu ölkənin hökuməti ilə iqtisadiyyat, o cümlədən nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə nazirlikdən məlumat verilib.
Xüsusilə, Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüşlər keçirilib.
“Əsas məqsəd Bakı-Tbilis-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”, - Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb.
“Hazırda Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın Gürcüstana yatırdığı investisiyalar $3 mlrd. həcmində qiymətləndirilir”, - nazir qeyd edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət