2019-cu ilin yanvar ayında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1,04% - 12 mlrd. 884,7 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat (ilin əvvəlindən azalma 0,98%) və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.
Yanvarın 31-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 62,4 mln. manat (azalma 1,7%) və ya bütün kreditlərin 16%-i, özəl banklar tərəfindən 10 mlrd. 478,6 mln. manat (azalma 0,5%) və ya bütün kreditlərin 81,3%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
2019-cu il fevralın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 63,6 mln. manat (azalma 0,1%) milli valyuta, 4 mlrd. 821,1 mln. manat (azalma 2,5%) xarici valyuta ilə verilib. Cari ilin yanvar ayının sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 37,4% (2018-ci ilin sonuna 38%) təşkil edir.
2019-cu il yanvarın 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 272,8 mln. manat (bütün kreditlərin 17,6%-i) ticarət və xidmət sahələrinin, 446,9 mln. manat (3,5%) energetika, kimya və təbii sərvətlər sektorunun, 471,3 mln. manat (3,7%) kənd təsərrüfatı və emal sahələrinin, 358,9 mln. manat (2,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 707,4 mln. manat (5,5%) sənaye və istehsal sektorunun, 1 mlrd. 368,2 mln. manat (10,6%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 306,3 mln. manat (41,2%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 0,3% azalıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət