Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırıb.
Sual: Ermənistan Baş naziri N.Paşinyan Arsenal futbol klubunun oyunçusu H.Mxitaryanla telefon söhbəti edərək onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulayıb. Bununla bağlı nə deyə bilərsiniz?
Cavab: Ermənistan Baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi görünür onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir. Ermənistan kimi monoetnik dövlətin və qonşu Azərbaycanın ərazilərini güc tətbiq etməklə işğal edərək bu ərazilərdə zorakı etnik təmizləmə həyata keçirən, Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin iqrçilikdən danışmağa heç bir haqqı yoxdur. Bu hər hansı əxlaqa sığmır. Ermənistan baş nazirinə xatırladırıq ki, torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altında olmasına rəğmən Azərbaycanda bu gün on minlərlə erməni yaşayır və ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri hər zaman sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar və yaşayırlar. Onu da qeyd edim ki, Ermənistanın böyük qısqanclıqla izlədiyi və hər vəchlə əsassız şəkildə gündəmə gətirdiyi Avropa Liqasının Bakıdakı final oyunu zamanı Azərbaycana səfər edən çoxsaylı əcnəbi pərəstişkarlar ölkədəki vəziyyətlə öz gözləri ilə tanış olublar. Necə deyərlər, yalan ayaq tutar, ancaq yeriməz!
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət