Erməni hərbi əsirlərin Azərbaycandan qaytarılması məsələsi Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə aprelin əvvəlində keçiriləcək görüşündə müzakirə mövzusu ola bilər. RF-nin Yerevandakı səfiri Sergey Kopırkin belə hesab edir.
“Əsirlərin və saxlanılan şəxslərin qaytarılması mövzusu Rusiya rəhbərliyinin və sülhməramlı kontingentimizin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə iş aparılır”, - deyə Kopırkin bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə müəyyən uğurlar əldə edilir. “Əminəm ki, məsələnin mümkün qədər tez həlli üçün bundan sonra da bütün səylər göstəriləcək. Bizim mövqeyimizi bilirsiniz – bu, məntiqi yanaşma, “hamının hamıya” prinsipidir, ancaq mümkün olan hər şey edilir və zənnimcə, qarşıdakı təmaslarda bu məsələ müzakirə olunacaq”, - deyə səfir qeyd edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Lavrov aprelin 2-də Moskvada keçiriləcək MDB xarici işlər nazirlərinin Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət