Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağda müharibənin dayandırılmasında Rusiyanın rolundan danışıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Zaxarova “İzvestiya” nəşrinə müsahibəsində bildirib: “Ötən ilin noyabrında ölkəmizin sadəcə iştirakı ilə deyil, ilk növbədə, Rusiya Federasiyası prezidentinin həlledici rolu ilə əldə edilmiş razılaşmalar sayəsində qan tökülməsini dayandırmaq mümkün oldu”.
Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanla qarşılıqlı əlaqə saxlayır. “Məsləhətləşmələr, danışıqlar aparılır. Xarici İşlər nazirlikləri və səfirliklər xətti ilə qarşılıqlı əlaqə saxlayırıq. Xarici siyasət idarələrinin rəhbərlərinin həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xətti üzrə telefon danışıqları barədə məlumatlar mütəmadi olaraq dərc edilir”, - deyə RF XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Zaxarova vurğulayıb ki, RF istər münaqişənin qaynar fazasında, istərsə də atəşkəsdən sonrakı mərhələdə bu vəziyyətin nizamlanması üçün çox səy göstərib.
“Söhbət təkcə siyasi, diplomatik və ölkə rəhbərlərinin şəxsi səylərindən getmir, bizim sülhməramlıların rolunu da qeyd etməliyik. Rusiyalı sülhməramlıların rolunu lazımınca qiymətləndirmək çətindir”, - deyə o bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət