Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Avqustun 13-ü saat 02:30-dan etibarən Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov
“AzerGold” $20 milyon məbləğində istiqraz sahiblərinə faiz ödənişlərini sona çatdırıb
XİN-də qanvermə aksiyası keçirilib
DTA: Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir
Peskov: Qarabağda ermənilərin Ermənistana köçmək istədikləri üçün günahkar axtarmaq lazım deyil
Ermənistan müdafiə sahəsinə büdcə xərclərini artırır
Türkiyə və Ermənistan XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank və Enabling Qapital Ltd ilə daha bir kredit müqaviləsi imzalayıb
AccessBank mebel təchizatı üzrə tender elan edir.
DTA «Xınalıq və Köç yolu» Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr