Rusiya hərbçiləri hazırda Qarabağda sülhməramlı əməliyyat çərçivəsində əsirlərin qaytarılması, infrastruktur layihələrinin həyata keçirilməsi və digər humanitar məsələlərin həllinə kökləniblər. Bunu RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.
“Atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etməklə yanaşı, sülhməramlılarımızın səyləri regionda dinc həyatın bərpa olunmasına yönəlib, humanitar məsələlər uğurla həll olunur”, - deyə V.Gerasimov bu gün xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinqdə bildirib.
O, ərazilərin və obyektlərin minalardan təmizlənməsi, hərbi əsirlərin və saxlanılan şəxslərin geri qaytarılması, həlak olanların meyitlərinin axtarışı, humanitar yüklərin çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və infrastruktur layihələrinin həyata keçirilməsinin əsas vəzifələr olduğunu diqqətə çatdırıb.
“Rusiya Silahlı Qüvvələri Qarabağda sülhməramlı tapşırıqları yerinə yetirməyə davam edir. Bir ildən artıqdır ki, qanlı müharibəni dayandırmaq, regionda sülhün bərqərar olması üçün şərait yaratmaq mümkün olub. Gərginliyi azaltmaq və atəşkəs rejiminə riayət etmək üçün Rusiya sülhməramlıları müşahidə postlarında növbətçilik və patrul xidməti təşkil ediblər”, - deyə Gerasimov qeyd edib.
O, həmçinin xatırladıb ki, atəşkəs rejiminə nəzarət üçün bu ilin yanvarından Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət