Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin II rübündə banklar təərfindən kredit siyasətinin yumşalması tendensiyasını qeyd edir, cari ilin III rübündə bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır.
AMB 2022-ci ildən etibarən Azərbaycanda banklar arasında kreditləşmə siyasəti üzrə sorğular keçirməyə başlayıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, 2022-ci ilin aprel-iyun aylarını əhatə edən ikinci bu cür sorğunun nəticələri AMB-nin saytında dərc olunub.
“Sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətinin cari ilin II rübündə yumşalması müşahidə olunur. Kredit siyasətinin yumşaldılması əsasən biznes kreditlərinə münasibətdə baş vermişdir”, - AMB qeyd edir.
Həmçinin, AMB bildirir ki, ikinci rübdə daxili ipoteka kreditləri xaric bütün kredit növləri üzrə tələbin artması müşahidə olunub.
AMB-nin qiymətləndirmələrinə görə, kredit tələbinin artımına əsas təsir göstərən faktorlar: biznes kreditləri üzrə şirkətlərin dövriyyə kapitalı ehtiyacları, istehlak və ipoteka kreditlərində isə rəqəmsallaşma və faiz dərəcəsi dəyişiklikləri olub.
Banklar 2022-ci ilin III rübündə də kredit siyasətinin yumşaldılmasının davam etməsini proqnozlaşdırır. Eyni zamanda, banklar III rübdə xarici valyutada olan biznes kreditlərindən başqa bütün kredit növləri üzrə də tələbin artmasını gözlədiklərini bildiriblər.
Aprel-iyun aylarında biznes kreditlərinin təsdiqi prosesində tətbiq edilən kredit standartları əsasən yumşaldılıb. Yumşalma əsasən mikro-sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə baş verib. Üçüncü rüb ərzində biznes kreditlərinə tələb artıb. Tələb əsasən kiçik və orta sahibkarlıq kreditləri üzrə artmışdır.
AMB-nin qiymətləndirmələrinə əsasən, cari ilin II rübündə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən əsas faktor kimi digər banklarla rəqabət və bankın mövcud və gözlənilən likvidlik mövqeyi çıxış edib. Eyni zamanda sərtləşdirici təsiri əsasən inflyasiya, uçot dərəcəsi və ümumi iqtisadiyyata dair gözləntilər göstərib.
Cari ilin II rübündə biznes portfeli, o cümlədən KOS kreditlərinin verilmə şərtlərində əsasən yumşalmalar olub. Yumşalmalar əsasən kreditlərin faiz dərəcəsi, aşağı riskli kreditlərə tətbiq olunan marja, komissiya və təminat şərtləri ilə bağlı olub. İri sahibkarlıq və mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin şərtlərində, bu ilin I rübü ilə müqayisədə, əsasən yumşalma baş verib. Yumşalma əsasən faiz dərəcəsi və aşağı riskli kreditlərə tətbiq edilən marja üzrə olub.
Sorğunun nəticələrinə görə, banklar II rübdə milli valyutada uzunmüddətli və qısamüddətli kreditlərə tələbin artmasını, və xarici valyutada kreditlərə tələbin sabit qalmasını bildiriblər. III rüb üzrə gözləntilərdə sektor milli valyutada həm uzun, həm də qısamüddətli kreditlərə tələbin artacağını, xarici valyutada kreditlərə isə tələbin azalacağını bildiriblər.
Sorğunun nəticələrinə görə, istehlak portfeli, xüsusilə əməkhaqqı kreditlərinin təsdiqi standartları son rüb ərzində yumşaldılıb. Banklar III rübdə istehlak kreditlərinə olan tələbin artmasını gözlədiklərini bildiriblər. İri banklar əsasən kredit kartlarına, digər banklar isə əməkhaqqı kreditlərinə tələbin artmasını proqnozlaşdırıblar.
Banklar üçüncü rübdə bu trendin davam edəcəyini gözləyirlər.
Sektorda rəqabət mühiti ipoteka kreditləri üzrə standartların yumşalmasında əsas rol oynayıb. Eyni zamanda, müsbət iqtisadi gözləntilər, portfelin keyfiyyəti, bankların kapital və likvidlik səviyyəsinin komfort zonada olması da cari ilin II rübündə ipoteka kreditləri üzrə standartların yumşalmasına təsir göstərib. Məzənnənin sabitliyinə, əhalinin ödəmə qabiliyyətinə və təminat riskinə dair gözləntilər kredit standartlarına təsir göstərməyib, inflyasiya gözləntiləri sərtləşdirici təsir göstərib.
Oxşar tendensiya istehlak kreditlərində də müşahidə olunur, lakin ipoteka kreditlərindən fərqli olaraq əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər istehlak kreditləri standartlarına sərtləşdirici təsir göstərir. AMB-nin qiymətləndirmələrinə görə, istehlak kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən amillər isə ipoteka kreditləşməsində də olduğu kimi yüksək rəqabət, müsbət iqtisadi gözləntilər, eyni zamanda, bankların yüksək kapital və likvidlik göstəriciləri çıxış edir.
Nəticədə, cari ilin II rübündə həm ipoteka, həm də istehlak kreditləri üzrə tələb artıb. Bunun üçün müsbət amil kredit üzrə dərəcənin dəyişdirilməsidir.
Ümumilikdə, ikinci rübdə istehlak və ipoteka kreditlərinə tələbin artımı müşahidə olunub.
Sorğunun nəticələrinə əsasən, sektorda bankların 35%-i borclanmanın dəyişmədiyini, 62%-i borclanma səviyyəsinin orta dərəcədə artmasını, 4%-i isə orta dərəcədə azalmasını bildirib.
Sorğunun nəticələrinə əsasən, ikinci rübdə sektorda faiz dərəcəsi və əməliyyat riski artıb, dələduzluq, likvidlik, kredit və İT riskləri isə azalıb.
Sorğu nəticələrinə əsasən, kredit riski sənaye, tikinti, ticarət və digər qeyri-istehsal və xidmət sahələri üzrə artıb, nəqliyyat və rabitə sahələri üzrə isə azalıb.
İkinci rübdə biznes subyektləri üzrə kredit riski iri sahibkarlıq və KOS subyektlərində artıb, mikro sahibkarlıq subyektləri üzrə isə azalıb.
Bundan başqa, bankların qiymətləndirmələrinə görə, aprel-iyun aylarında KOS və iri sahibkarlıq subyektləri üzrə defolt dərəcəsi artıb. Belə ki, kənd təsərrüfatı sahəsi üzrə defolt dərəcəsi azalıb, nəqliyyat, informasiya və rabitə sahələri üzrə dəyişiklik olmayıb, xidmət, sənaye, ticarət və tikinti sahələri üzrə isə kredit portfelinin defolt dərəcəsində artımın olduğu bildirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət