Bakı İrəvanı Azərbaycan ərazisinin minalanmasını dayandırmaq və Azərbaycanın mülki əhalisinin doğma yurdlarına qayıtmasına mane olmamaq üçün müvəqqəti tədbirlərin göstərilməsi ilə bağlı ikinci dəfə BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bu barədə cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Azərbaycan, mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib”, - XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, “Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir”.
XİN-dən bəyan olunub ki, Ermənistan tərəfi “10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2,7 mindən çox mina aşkar olunub”.
“Minaların Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur”, - XİN-dən həmçinin dəqiqləşdirilib ki, sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib.
“Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir”, - nazirlikdən vurğulanıb.
Bakıda bəyan ediblər ki, “mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır”.
XİN-dən əlavə ediblər ki, Azərbaycan tərəfi “beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində” səylərini davam etdirəcək.
Öz növbəsində, BMT Beynəlxalq Ədalət Məhkəməsinin press-relizində deyilir ki, Bakı İrəvana qarşı müvəqqəti tədbirlərin tətbiq edilməsi xahişi ilə məhkəməyə müraciət edib. Müraciətdə deyilir ki, Ermənistan “Azərbaycanın mülki əhalinin qayıdacağı Laçın, Kəlbəcər və digər öncə işğal olunmuş rayonlar, şəhərlər, kəndlər və bütövlükdə ərazilərin sürətli, təhlükəsiz və səmərəli minalardan təmizlənməsini həyata keçirə bilməsi üçün dərhal zəruri addlmlar atsın. O cümlədən bu ərazilərdə minaların, mina-tələlərin və hər hansı digər partlayıcı qurğuların yerləşdiyi yer, sayı, tipi və xarakteristikaları haqqında məlumat versin.
Bundan əlavə, Azərbaycan tələb edir ki, Məhkəmə Ermənistanı Azərbaycan ərazilərinin minalanmasını dərhal dayandırmağı və bundan sonra bu cür fəaliyyətdən, o cümlədən Laçın yolundan bu məqsədlər üçün istifadə etməkdən çəkinməyə məcbur etsin. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət