Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib.
“Biz bu məktubu Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş etmək üçün yazırıq. 1989-cu ildə yaradılmış təşkilatımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur”, - sənəddə deyilir.
Müəlliflər xatırladırlar ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb. Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib.
“Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyamızı hazırlamışıq və həmin sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılmışdır.
Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir”, - məktubda qeyd olunur.
Müəlliflər bildirirlər ki, maraqlı tərəf olaraq, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsində BMT ilə qarşılıqlı əməkdaşlıq etməyə və bununla da regionda ədalətin, sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yardım etməyə hazırdılar. **
V.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət