Bakı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəyi təqdirdə İrəvanla sülh sazişi imzalamağa hazırdır. Bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazilriyindən bəyan ediblər.
“Azərbaycan tərəfi ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır. Bunun üçün, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir”, - XİN-in Ermənistan Xarici İşlər Nazirliyinin 19 aprel tarixli bəyanatına dair şərhində qeyd olunur.
XİN-dən əlavə olunub ki, “Azərbaycan ərazilərinin 30 il ərzində işğal altında saxlanmasına baxmayaraq, məhz Azərbaycan tərəfi Ermənistanla ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanması üzrə təklifin təşəbbüskarı olub”. Bunun əksinə, “Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır”.
“Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, İrəvanın nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir”, - XİN-də belə hesab edirlər.
Həmçinin, Bakını “Qarabağda etnik təmizləmə həyata keçirmək” niyyəti ilə bağlı iddialarından sonra XİN İrəvanı riyakarlıqda ittiham edib.
“30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən, Azərbaycan torpaqlarının işğalına son qoyulması barədə beynəlxalq təşkilatların və tərəfdaşların çağırışlarına məhəl qoymayan Ermənistanın özünü sülhpərvər tərəf kimi göstərməsi və Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir”, - Azərbaycan XİN-də bəyan ediblər.
Bakı İrəvandan tələb edir ki, Azərbaycanın Qarabağ regionunda yaşayan yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinə müdaxilədən əl çəksin.
XİN hesab edir ki, “əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir kötürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin heç bir hüquqi əsas olmadan, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir”.
“Bununla yanaşı, Ermənistanın sözügedən addımı göstərir ki, 30 illik işğala son qoyulandan sonra, Azərbaycan sərhədini azaraq keçən erməni hərbçilərinin dərhal Azərbaycan tərəfindən geri qaytarılması kimi etimad quruculuğu tədbirinə qarşılıq vermək niyyəti yoxdur və bu hərəkət qətiyyətlə pislənməlidir”, - Azərbaycan XİN-dən əlavə ediblər. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət