Azərbaycan Mərkəzi Bankı banklar üçün məcburi ehtiyat normalarını təsdiq edib, avqustun 15-dən etibarən onların tətbiqinə başlanılacaq.
“İnterfaks-Azərbaycan” AMB-yə istinadən məlumat verir ki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin 1 milyard manatı üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə 10%səviyyəsində müəyyən edilib.
Bundan başqa, aşağıdakı məcburi ehtiyat normaları tətəbiq olunacaq:
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin 750 milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları 12% səviyyəsində;
- Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği 1 milyard manatdan az olan banklar üzrə isə məcburi ehtiyat normaları 5% səviyyəsində;
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği 750 milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları 6% səviyyəsində.
Bundan əlavə, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində qalıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət