2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 8,8% - 21 milyard 966,17 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunda bankların və BOKT-ların kredit portfeli 3,2% və ya 680,7 milyon manat artıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin həcmi 502,27 milyon manat (hesabat dövründə azalma 15,4% - İF) və ya bütün kreditlərin 2,3%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il iyunun 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 594,77 milyon manat (artım 19,3%) və ya bütün kreditlərin 20,9%-i, özəl banklar tərəfindən 16 milyard 701,46 milyon manat (artım 6,1%) və ya bütün kreditlərin 76%-i həcmində kredit verilib. Qalan 669,9 milyon manat (artım 13,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyunun sonuna verilmiş kreditlərin ümumi həcmindən 17 milyard 657,8 milyon manat (artım 9%) milli valyuta, 4 milyard 308,3 milyon manat (artım 8%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,6% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 446,78 milyon manat (bütün kreditlərin 15,7%-i) ticarət və xidmət sahələrinin, 711,09 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 538,6 milyon manat (2,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 155,77 milyon manat (5,3%) tikinti sektorunun, 1 milyard 83,27 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 95,27 milyon manat (5%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 573,29 milyon manat (57,2%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-iyun aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 11,5% artıb (2022-ci ildə artım 31% təşkil edib).*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət