“Azərenerji” ASC və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” ASC əməkdaşlıqla bağlı razılığa gəlib.
“Azərbaycanda səfərdə olan Özbəkistan Milli Elektrik Şəbəkəsinin rəhbər heyəti 24 iyul tarixindən etibarən 4 gün ərzində “Azərenerji” ASC-nin elektrik stansiyaları, yarımstansiyaları, laboratoriya, tədris və rəqəmsal idarəetmə mərkəzlərində olub, bir sıra görüşlərdə iştirak edib”, - deyə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
“Azərenerji” rəhbəri Baba Rzayev və digər şəxslərlə Özbəkistan enerji sisteminin rəhbər heyətinin görüşlərində hər iki ölkənin enerji sistemləri arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfərin sonunda “Azərenerji” ASC ilə “Özbəkistan Milli Elektrik Şəbəkəsi” ASC arasında memorandum imzalanıb. Memorandumun məqsədi Azərbaycan enerjisisteminin təcrübəsindən faydalanmaq və hər iki ölkənin enerji sahəsində əməkdaşlığını genişləndirilməsindən ibarətdir.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinə “Azərenerji” ASC-nin elektrik stansiyaları, yarımstansiyalar, Rəqəmsal İdarəetmə və yeni SCADA sistemi, bu sistemlərin tətbiqi zamanı vacib olan amillər, proqram təminatı, avtomatika və digər sahələr üzrə geniş məlumatlar verilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət