Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Twitter hesabında yazıb.
“Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü Laçın keçid məntəqəsinin Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradıldığından xəbərsizdir və onun legitimliyini heç kim sorğulaya bilməz. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın bu iddiasını rədd edib”, - Hacızadə qeyd edib.
O, həmçinin bildirib ki, Ermənistan Xarici Işlər Nazirliyinin Vaqif Xaçaturyanın saxlanılmasına münasibəti dezinformasiyadan ibarətdir və onun beynəlxalq axtarışda olduğunu xatırladıb.
“Ermənistan XİN yenə dezinformasiya yayır. Adıçəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Xocalıda Meşəli soyqırımı ilə əlaqədar beynəlxalq axtarışdadır”, - XİN-in nümayəndəsi yazıb.
O cümlədən, o vurğulayıb ki, Ermənistan BQXK-nin fəaliyyətindən sui-istifadə edir.
«Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün BQXK-nin fəaliyyətindən sui-istifadəyə haqq qazandırmağa çalışırlar», - Hacızadə yekun vurub.
1991-ci ildə Meşəli kəndinə basqın edən erməni silahlı cinayətkarların sırasında yer alan Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. **
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət