Avqustun 21-də SOCAR və “Uzbekneftegaz” SC arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu barədə SOCAR-ın bu gün yaydığı məlumatda deyilir.
“Bazar ertəsi Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində “Uzbekneftegaz”ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistan Respublikasında neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və “Uzbekneftegaz” SC arasında əməkdaşlıq haqqında saziş imzalanıb”, - deyə məlumatda bildirilir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.
Görüşdə SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, biznes forum çərçivəsində Azərbaycan və Özbəkistan qurumları arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət