2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 8,9% - 11 milyard 821,8 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyulun 31-nə dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 976,8 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 7,2% - İF) qiymətləndirilir.
O cümlədən, avqust ayında bankların biznes kreditləri üzrə portfeli 199,1 milyon manat artıb (iyul ayında: 27,8 milyon manat azalıb.).
Bununla yanaşı, dövlət fondları hesabına biznes kreditləri üzrə portfel 31 avqust tarixinə 976,9 milyon manat qiymətləndirilir (2022-ci ilin sonuna nisbətən 7,2% azalma - İF).
Biznes kreditlərinin strukturunda 5 milyard 311,4 milyon manat iri biznesin, 2 milyard 492,8 milyon manat orta biznesin, 1 milyard 721,1 milyon manat kiçik biznesin, 2 milyard 296,5 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, avqustun sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 513 milyon manat məbləğində (portfelin 4,1%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət