Bakı Ermənistan ərazisindən Naxçıvana eksterritorial dəhlizin açılmasını tələb etmir, lakin İrəvanın bu hissədə hərəkətin təhlükəsizliyi üçün etibarlı təminat verməsində israrlıdır. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın Hadson İnstitutunun baş elmi işçiləri Maykl Doran və Lyuk Koffi tərəfindən təşkil olunmuş müzakirələr zamanı deyib.
“Biz oranı Ermənistanın suveren ərazisi kimi tanıyırıq... onların (İrəvanın – İF) hərəkətin təhlükəsizliyini necə təmin edəcəkləri başqa məsələdir”, - deyə o bildirib.
Əmirbəyov qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azəbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir, nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX Sərhəd Xidmətinin orqanları həyata keçirir. İndi belə görünür ki, Ermənistan bu öhdəliyi yenidən nəzərdən keçirir, çünki ruslara tapşırılan bu rol artıq onları qane etmir”, lakin “bunun bizə heç bir aidiyyəti yoxdur”.
“Biz Ermənistanın Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən qatara minəcək hər bir sərnişinin təhlükəsizliyinə etibarlı təminat verməsində israr edəcəyik. Ancaq Ermənistan prosesi uzatmaq istəsə, bu halda “B” planı var - marşrut İrandan keçəcək”, - deyə prezidentin nümayəndəsi əlavə edib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət