Azərbaycan, Özbəkistan və Qazaxıstan elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılıq əldə ediblər. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi məlumat verir.
Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüş zamanı müvafiq razılıq əldə olunub.
Görüş çərçivəsində ortaq dəyərlərə və tarixə, sıx dostluq əlaqələrinə malik ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişaf etdiyi qeyd edilib. Bu istiqamətdə Azərbaycan, Özbəkistan və Qazaxıstan dövlət başçılarının mütəmadi görüşlərinin xüsusi rolu vurğulanıb.
Görüşdə vurğulanıb ki, Azərbaycan neft, neft məhsulları və təbii qazın ixracı ilə yanaşı, uğurlu elektrik enerjisi təchizatçısıdır. “Yaşıl enerji” sahəsi üzrə reallaşdırılan layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialının genişləndirilməsinə imkan yaradır, elektrik enerjisinin Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır.
Qeyd edilib ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir.
Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə 4 Qvt elektrik enerjisinin ixracına imkan verəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 Qvt “yaşıl enerji”nin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub. Görüşdə vurğulanıb ki, Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafını, yaşıl hidrogen, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığı möhkəmlənləndirəcək, Orta Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə tərəfdaşlığı gücləndirəcək.
Tərəflər bərpaolunan enerji mənbələrinin geniş istifadəsinin tətbiqi və generasiya güclərinin genişləndirilməsinə əsaslanan dayanıqlı inkişafın alternativsizliyini qeyd edərək, iqtisadi inkişaflarına xələl gətirmədən karbonsuzlaşma ilə bağlı birtərəfli və birgə səylərini davam etirəcəklərini vurğulayıblar.
Müxtəlif sferalarda, o cümlədən energetika sahəsində birgə fəaliyyət və tərəfdaşlıq üzrə uğurlu təcrübə qeyd olunub. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səyləri təqdir ediblər.
Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.
Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. İqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüşü Daşkənd şəhərində keçiriləcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət