Milli Məclis Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamasına münasibət bildirib.
Qeyd olunub ki, Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək həqiqətdən uzaq fikirlər səsləndirib.
“Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil”, - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır.
“Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək”, - deyə açıqlamada bildirilib.
Vurğulanıb ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar var.
“Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır. Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə, sülhə töhfə verməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət