2023-cü ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,8% - 23 milyard 979,12 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrda bankların və BOKT-ların kredit portfeli 1,5% və ya 361,1 milyon manat (noyabrda +1,8% və ya 421,5 milyon manat) artıb.
Dekabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 437,84 milyon manat (hesabat dövründə azalma 26,3% - İF) və ya bütün kreditlərin 1,8%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il dekabrın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 5 milyard 496,17 milyon manat (artım 42,7%) və ya bütün kreditlərin 22,9%-i, özəl banklar tərəfindən 17 milyard 686,78 milyon manat (artım 12,4%) və ya bütün kreditlərin 73,8%-i həcmində kredit verilib. Qalan 796,16 milyon manat (artım 35%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2023-cü ilin sonuna verilmiş kreditlərin ümumi həcmindən 19 milyard 538,67 milyon manat (artım 20,7%) milli valyuta, 4 milyard 440,4 milyon manat (artım 11,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,5% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 539,3 milyon manat (bütün kreditlərin 14,8%-i) ticarət və xidmət sahələrinin, 752,8 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 532,8 milyon manat (2,2%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 133,75 milyon manat (4,7%) tikinti sektorunun, 1 milyard 165,06 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 426,28 milyon manat (5,9%) nəqliyyat və rabitə sahələrinin, 14 milyard 6,3 milyon manat (58,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ildə bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 24,2% artıb (2022-ci ildə artım 31% təşkil edib).**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət