Bakı heç bir zaman dünyanın heç bir ölkəsinə öz ərazisi üzərində yuridiksiyasının bərpa edilməsi məsələsinə qarışmağa imkan verməyəcək. Bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.
“Bu gün Azərbaycan heç bir vaxt olmadığı qədər güclü və müstəqil dövlətdir. Azərbaycan qüdrətli hərbi potensiala malikdir, müstəqil siyasət yürüdür və heç bir zaman dünyanın heç bir ölkəsinə öz ərazisi üzərində yuridiksiyasının bərpa edilməsi məsələsinə qarışmağa imkan verməyəcək”, - deyə o, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin verdiyi bəyanatı şərh edərkən bildirib.
A.Ruzinski Rusiya Müdafiə Nazirliyinin “Krasnaya zvezda” qəzetinə müsahibəsində deyib ki, “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul edərsə, hərbi baza Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hüquqi öhdəliklərinə uyğun olaraq münaqişəyə cəlb oluna bilər”.
E.Aslanov deyib ki, Azərbaycan kiminsə torpaqlarını işğal etməyib, əksinə özü Ermənistanın işğalı nəticəsində torpaqlarının 20%-ni itirib. Azərbaycanın bir milyondan artıq insanı qaçqın və məcburi köçkün şəraitində yaşayır.
E.Aslanov qeyd edib ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan öz torpaqları üzərində yurisdiksiyasının bərpa edilməsi üçün müxtəlif variantlara əl ata bilər”.
“Bu bazanın komandirinin bəyanatında müxtəlif ziddiyyətlər var. Bir tərəfdən həmin şəxs Azərbaycanın Dağlıq Qarabağ üzərində yurisdiksiyasından danışır və bununla Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğulamış olur, digər tərəfdən isə məlum bəyanatla çıxış edir. Bu baxımdan öz şəxsi mülahizələri əsasında, rəsmi dövlət mövqeyinə zidd mövqelərdən çıxış edən heç bir şəxs bizə maneçilik törədə bilməz”, - deyə E.Aslanov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət