Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Rusiyada şoloxovşünasların beynəlxalq elmi konfransında iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbir görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətənində - Rusiyanın Rostov vilayətinin Vyoşenskaya qəsəbəsində keçirilib.
“Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar və yanaşmalar” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda Rusiya, Azərbaycan, Polşa, Belarus, İndoneziya və İran alimləri elmi məruzələrlə çıxış ediblər.
M.A.Şoloxovun həyatı və yaradıcılığını əks etdirən beynəlxalq konfransda Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalya Korniyenkonun “Mixail Şoloxov və müasirləri: metodologiya və mənbəşünaslıq məsələləri”, Cənubi Rusiya Federal Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru Nikolay Stopçenkonun “Mixail Şoloxovun bədii irsində Almaniya mövzusu” və s. məruzələr dinlənilib. İ.Həbibbəyli beynəlxalq konfransın plenar iclasında “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib.
Səfər zamanı yazıçının ev muzeyi, Don çayı sahilindəki xatirə kompleksi ziyarət olunub.
Tədbirdə, həmçinin AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Samir Səttarovun “Azərbaycanın ali və orta məktəblərində Mixail Şoloxovun öyrənilməsi məsələləri” mövzusundakı məruzəsi dinlənilib.
Sonda Azərbaycan nümayəndə heyəti adından M.Şoloxovun ev muzeyinə xatirə hədiyyələri təqdim olunub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət