Bakı Ermənistan-Azərbaycan münaqişəsinin həllində Moskvanın səylərinin artacağına ümid edir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bəyan edib.
“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini genişləndirmək üçün imkanlara malik olduğuna əminəm”, - deyə O.Əsədov qeyd edib.
Sədr Azərbaycan-Rusiya münasibətlərinin dərin köklərə malik olduğunu söyləyib.
“Həqiqətən də ölkələrimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələrin inkişaf dinamikası ildən-ilə artır”, - deyən O.Əsədov gələcəkdə qarşılıqlı mal dövriyyəsinin həcmində daha böyük göstəricilərin əldə ediləcəyinə əminlik ifadə edib.
Spiker iki ölkə arasında humanitar-mədəni əlaqələrdə uğurlu inkişafın əldə edildiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan diasporu Rusiyada, rus diasporu isə Azərbaycandakı ictimai-siyasi proseslərdə fəal iştirak edir.
“Rusiyanın demək olar ki, bütün regionlarında həmvətənlərimiz yaşayır, diasporumuz fəaliyyət göstərir. Onlar Rusiyanın siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. Sizi əmin edirəm ki, eyni hal Azərbaycanda da müşahidə olunur. Qazaxıstan istisna olmaqla, ən böyük rus diasporu Azərbaycanda yaşayır”, - deyə Milli Məclisin sədri vurğulayıb.
Spiker qeyd edib ki, Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğı ilə yanaşılır.
“Əminəm ki, münasibətlərimiz inkişaf edəcək. Rusiya ilə Azərbaycanın münasibətlərində heç bir kataklizm ola bilməz. İnanıram ki, yaradılmış bu ağır şərtlər, Avropa sanksiyaları yaxın vaxtlarda öz həllini tapacaq və Rusiya inkişaf edəcək”,- deyə O.Əsədov bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət