Milli Məclisin deputatları ATƏT-in Minsk qrupunun həmsədrlərini , Avropa Ittifaqini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə ədalətli münasibət nümayiş etdirməyə çağırıb.
“Son zamanlar Bakı və Moskva arasında münasibətlərdə yaxşılaşma müşahidə olunur.Rusiya bizim strateji tərəfdaşımızdır, ancaq 2014-cü il sona çatmasına baxmayaraq Ermənistan -Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində heç bir irəliləyiş əldə olunmayıpb”,- deyə deputat Vahid Əhmədov çərşənbə axşamı Milli Məclisin növbəti plenar iclasında çıxışı zamanı bildirib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Onun sözlərinə görə, Azərbaycan Qərbin Kremlə qarşı sanksiyalar tətbiq etdiyi çətin günlərdə ona dəstək göstərir, buna görə də Moskva Bakıya qarşı analoji addımlar atmalıdır.
“Biz 2015-ci ildə Moskvaya dəstək göstərməyə davam edəcəyik.Buna görə də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri qismində gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz qəti sözünü deməlidir”,- deyə V.Əhmədov qeyd edib.
Parlamentari Zahid Orucov öz növbəsində Vaşinqtonu Ermənistana maliyyə dəstəyini dayandırmağa, Avropa İttifaqını isə Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə çağırıb.
“Bu günlərdə Brüsseldə beynəlxalq təşkilat çərçivəsində Ukrayna məsələsinə baxılıb və avropalı parlamentarilər öz həmkarlarını Rusiyaya birləşdirilmiş Kırıma səfərlərə getməməyə, Krımla əməkdaşlıqdan imtia etməyə çağırıblar.Bunun yaxşı və ya pis olmasını zaman göstərəcək.Biz Avropa İttifaqılnı Dağlıq Qarabağla əlaqədar analoji addımlar atmağa çağırırıq”,- deyə o qeyd edib.
Z.Oruc qeyd edib ki, Azərbaycan tərəfi bir sıra ölkələrin parlamentlərinə sorğulara göndərir və bilmək istəyir ki, həmin dövlətlərin parlamentariləri Azərbaycanın işğal edilmiş ərazisinə nə üçün qanunsuz səfər edirlər
“Həmçinin, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq Ermənistana maliyyə dəsətyi göstərməsi faktı analaşılmazlıq doğurur. Əgər ABŞ bundan imtina edib Ermənistanı maliyyələşdirməyi dayandırsa bu Azərbayan- Ermənistan münaqişəsinin həlli yolunda böyük addım olacaq”,- deyə deputat qeyd edib.
“Azərbaycan XİN bütün ölkələrin dövlət strukturlarına dəfələrlə məlumat verib ki, bu dövlətlərin nümayəndələrinin işğal edilmiş Azərbaycan torpaqlarına qanunszu səfərləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir”,- deyə Milli Məclisin spiker Qqtay Əsədovb qeyd edib.
O həmçinin Ukrayna və Krımla bağlı fikirlərini də bölüşüb.
“Biz hər zaman Krlımla bağlı mövqeyimizi açıq şəkildə bəyan edirik.Osloda keçirilmiş beynəlxalıq tədbirdə Azərbaycan tərəfi bəyan edib ki, Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır, lakin biz Krıma qarşı tıtbiq edilən sanksiyalara qoşulmuruq, çünki analoji yanaşma Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərilmir”,- deyə Milli Məclisin spikeri vurğulayıb.
Parlamentarilər Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyevin Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında baş katib seçilməsindən məmnunluq ifadə ediblər.
“Həmkarımızn Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının
baş katibi seçilməsi Azərbaycan diplomatiyasının qələbəsi və ölkə rəhbərliyinin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir”,- deyə deputat Musa Quliyev bildirib.
Onun sözlərinə gör, azərbaycanlı deputatın namizədliyini 12 nümayəndə heyətindən 10-u, səsvermədə iştirak etmiş 56 parlamentridən 46-sı qəbul edib.
Deputat Fazil Mustafa iclasda Azərbaycanda məişət zəminində cinayət faktlarının, eləcə də sosial şəbəkələrdə respublika rəhbərliyinin ünvanına təhqiramiz ifadələrin artmasından narahatlığını ifadə edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət