“Rossotrudniçestvo” xalqların mədəniyyətini nümayiş etdirmək şansıdır. Bunu “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov cümə axşamı Bakıda təşkilatın yaradılmasının 90 illiyinə həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.
“ Mənim burda işlədiyim son 3 ildə biz ölkələrimiz üçün çox işlər görmüşük”,- deyə V.Denisov qeyd edib.
Burda rus dilinin aktuallığının itirməməsi üçün çox iş görülür. Azərbaycanda rus dili ikinci dil hesab edilir və biz bu istiqamətdə kömək göstərməyə çalışırıq. Çalışırıq ki, Azərbaycan gəncləri Rusiyanın ali məktəblərində təhsil almaq imkanı qazansınlar”,- deyə o bildirib.
Onun sözlərinə görə “Rossotrudniçestvo” təşkilatı 90 il bundan əvvəl Sovet İttifaqı xalqlarının mədəniyyətini dünyaya gösətəmək məqsədi ilə yaradılıb.
“Hətta ən mürəkkəb müharibə illərində belə, təşkilat öz fəaliyyətini dayandırmayıb və itkin düşənlərin taleyi ilə maraqlanmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edib. Yeri gəlmişkən, fəaliyyət göstərdiyi vaxt ərzində təşkilata azərbaycanlı nümayəndələr də rəhbərlik ediblər”,- deyə V.Denisov əlavə edib.
Öz növbəsində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Oleq Muraşev bildirib ki, xalq diplomatiyası beynəlxalq siyasətin vacib alətlərindən biridir və ondan xalqların riufahı naminə uğurla istifadə etmək olar.
Onun sözlərinə görə SSRİ-nin ən mürəkkəb quruculuq illərində bir çox xadimlər həm Rusiyaya , həm də onun siyasətinə, “Rossotrudniçestvo” təşkilatının fəaliyyətinə rəğbətlə yanaşırdılar ki, bu da xalqlarla dostluq münasibətləri qurmağa kömək etdi.
“Rossotrudniçestvo” təşkilatının işi indi də ona böyük tələbat olduğunu göstərir”,- deyə o qeyd edib.
Qeyd edilib ki, təşkilatın 90 illik yubileyi münasibəti ilə Moskvada təntənəli tədbir keçiriləcək. “ Azərbaycanı bu tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahova və xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski təmsil edəcəklər.
Sovet İttifaqının süqutundan sonra“Rossotrudniçestvo” təşkilatının gördüyü işləri qiymətləndirmək çətindir. O zamanlar əməkdaşlıq etmək asan idi, bizim teatr Rusiyaya iki aylıq qastrol səfərinə gedirdi. Bu gün əlaqələrin bu səviyyədə saxlanması çox gözəldir”,- deyə A.Şarovski bildirib.
Rejissor Tbilisi Rus Dram Teatrının 170 illik yubileyində iştirak etdiyini qeyd edib.
“ Biz bu yaxınlarda 3 ton kostyum və rekvizitlə Sankt-Peterburq şəhərinə qastrol səfərinə getmişik. Orda bizi çox gözəl qarşıladılar və ayaq üstə alqışladılar”,- deyə rejissor qeyd edib.
Öz növbəsində “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksand İvanov “Rossotrudniçestvo” təşkilatını 90 illik yubileyi münasibəti ilə təbrik edib.O bildirib ki, rəhbərlik etdiyi agentlik təşkilatın həyata keçirdiyi tədbirləri müntəzəm olaraq işıqlandırır. A.İvanov deyib ki, cari ilin iyun ayında “Rossotrudniçestvo” təşkilatının rəhbəri Lyubov Qlebova “İnterfaks-Azərbaycan” agentliyinin ofisində qonaq olub.
“Bizim iki dost dövlətin xalqlarını bir-birləri haqqında məlumatlandırmaq və onların yaxınlaşmasına kömək etmək bizim ümumi vəzifəmizdir. Bütün bu illər ərzində “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyi vacib işlə məşğul olur: iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirir, təhsil, mədəniyyət və digər sahələrdə bir çox proqramlar həyata keçirir. Və bütün bu fəaliyyət bizim xəbər lentimizdə öz əksini tapır. Əminəm ki, bizim qarşılıqlı faydalı və bir -birini tamamlayan əməkdaşlığımız gələcəkdə də uğurla inkişaf edəcək”,- deyə A. İvanov qeyd edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət