Azərbaycan və Rusiya arasında əməkdaşlıq təhsil sahəsi ilə məhdudlaşmayacaq. Bu barədə jurnalistlərə cümə günü təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
“ Azərbaycan və Rusiya arasında təhsil sahəsində qarşılıqlı münasibətlər barəsində danışarkən , qeyd etmək istərdim ki, bizim münasibətlərimiz bununla məhdudlaşamayacaq”,- deyə M.Cabbarov qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın təhsil naziri Dmitri Livanovun AMEA və Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun rəhbərləri ilə geniş tərkibdə görüşü olub.
“Bu Rusiya və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinliyini və potensialını əks etdirir”,- deyə o əlavə edib.
M.Cabbbarov söyləyib ki, Azərbaycan və Rusya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunmasında əsas məqsəd tələbə və professorlara, pedaqoqlara maksimal dərəcədə sıx əlaqələr qurmaq və əməkdaşlığ dərinləşdirmək imkanı verməkdən ibarətdir.
Nazirin sözlərinə görə, bu Azərbaycan və Rusiya arasında əməkdaşlığın ruhunu təcəssüm etdirən birgə elm və təhsil layihələrinin yerinə yetirilməsində, eləcə də insan kapitalının yaradılması işində faydalı olacaq .
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət