Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin bu gün keçirilən birgə iclasında Azərbaycanda islam dininə aid ayinlərin keçirilməsinə məhdudiyyətləri nəzərdə tutan “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər müzakirəyə çıxarılıb.
Qanunvericiliyə təklif edilən düzəlişlərə əsasən, respublikada islam dininə aid ayinlərlə yalnız Azərbaycan vətəndaşları məşğul ola bilərlər.
“Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsinə tövsiyə olunan dəyişikliklərə əsasən, Azərbaycandan kənarda dili təhsil alan vətəndaşlara islam dininə aid ayinlər və mərasimlər keçirmək qadağan edilir.
Eyni zamanda, dini ibadət yerlərindən kənarda dini şüarların səsləndirilməsi və digər dini atributların nümayişi (vətəndaşın üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) qadağan olunur. Dini bayraqlar yalnız ibadət, dini mərkəz və idarələrdə asıla bilər.
Komitələrin üzvləri Cinayət Məcəlləsinə islama aid ayinlərlə məşğul olan Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində sanksiyaların tətbiqini nəzərdə tutan düzəlişləri də müzakirə ediblər.
Cinayət Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 168-1-ci maddəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Cinayət Məcəlləsində təklif olunan 168-2-ci maddəyə düzəlişlərə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azətrbaycanda dini təbliğatın aparılması 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmanı nəzərdə tutur.
Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Bundan başqa, iclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi və “Azərbaycan vətəndaşlığı haqqında”, “Polis haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə düzəlişlər müzakirə olunub.
İclasın sonunda bütün bu məsələlər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət