Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Ukraynanın Boqdan Xmelnitski adına Çerkas Milli Universitetinin rektoru, professor Aleksandr Çerevkonı qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BSU-dan məlumat verilib.
Görüş zamanı A.Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, regionda unikal slavyanşünaslığın mərkəzi kimi yaradılmışBSU-da slavyan ölkələri, o cümlədən Ukraynaşünaslıq üzrə mütəxəssis hazırlanır.
Rektor qeyd edib ki, BSU dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirir.
O, BSU-nun təşkilatçılığı ilə Çerkas Milli Universitetində də Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini irəli sürüb.
Professor Aleksandr Çerevko bu universitetlə əlaqələri genişləndirməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirib. O, BSU-da Ukrayna tədris və mədəniyyət mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək bu mərkəzin nəzdində fəaliyyət göstərən Ukrayna bazar günü məktəbinin əhəmiyyətini vurğulayıb. Çerkas Milli Universitetində Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini müsbət qarşılayıb.
Sonra A.Çerevko BSU-nun Ukrayna tədris və mədəniyyət mərkəzində ukraynaşünas tələbələrlə görüşüb, azərbaycanlı gənclərin Ukrayna dilini mükəmməl mənimsəməsinin təqdirəlayiq olduğunu bildirib. Rektor tələbələrin Çerkas Milli Universitetində magistratura təhsili almaları üçün lazımi dəstək göstərəcəyini deyib.
Görüş çərçivəsində BSU və Çerkas Milli Universiteti arasında yenilənmiş əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki tərəf arasında tələbəvə müəllimmübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət