Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında müsbət irəliləyişin olmaması Rusiya prezidenti Vladimir Putinin beynəlxalq aləmdə nüfuzuna güclü təsir edə bilər. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə belə hesab edir.
"Konkret nəticələr gözləyəcəyik. Belə görüşlər çox olub. Bu gün Rusiya məsuliyyəti üzərinə götürdü və təşəbbüsü öz əlinə aldı. Və əgər konkret nəticələr olmasa, bu, Rusiya prezidentinin imicinə kifayət qədər güclü zərbə olacaq”, - deyə A.Mollazadə iyunun 20-də Sankt-Peterburqda keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticələrini "İnterfaks-Azərbaycan" agentliyinə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyətdən Dağlıq Qarabağ məsələsinin ədalətlə nizamlanması istiqamətində konkret addımlar gözləyir.
"Biz sülh üçün konkret addımlar, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsinə dair qətnamələrinin icrasını gözləyirik. Və sülhə, ciddi danışıqlar proseslərinə aparan yol bu ərazilərin azad olunmasından keçir", - deyə deputat qeyd edib.*
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət