Ermənistan İrəvandakı “Göy məscid”i İran sayəsində YUNESKO-nun Dünya Mədəniyyət Mirasları ilkin siyahısına daxil etmək planları ilə hər zaman olduğu kimi, məscidin Azərbaycan mədəni və dini irsinə mənsubiyyətini məhv etməyə çalışır. Bunu politoloq Fuad Axundov bəyan edir.
Əvvəl Ermənistanın mədəniyyət nazirinin müavini Arev Samuelyan bəyan edib ki, erməni hökuməti İrəvandakı “Göy məscidi” YUNESKO-nun DünyaMədəniyyət Miraslarıilkin siyahısına daxil etmək niyyətindədir.
Politoloqun rəyinə əsasən, tarixinin de-azərbaycanlaşdırmağın aludəçisi olan Ermənistan hökumətinin bu planları növbəti dəfə qibtə oaunacaq inadla erməni rəhbərliyinin tarixi savadsızlığını nümayiş etidirir. “Bakının mərkəzində 1861-ci ildə inşa olunan erməni kilsəsi ucalır. Erməni hökumətinin İrəvanda məscidin milli eyniləşdirilməsinə olan yanaşmasını nəzərə alaraq, o zaman Bakıdakı kilsənin tam Ermənistana deyil, Rusiyaya aid olması hesab edilməlidir, çünki Rus İmpesiyası dövründə inşa edilib. Bu isə atrıq cəfəngiyatdır”, - F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə erməni tərəfinin planlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti uzun illər ərzində şəhər salan azərbaycanlıların mədəni irsini məhv etmək məqsədilə İrəvanın tarixi mərkəzini erməniləşdirmək siyasətini yürüdüblər. “İndi pis vəziyyətdə olan və İran tərəfi hesabına təmir olunan “Göy məscidə” növbə çatıb”. Bu məscidi YUNESKO-nun Dünya Mədəniyyət Mirasları ilkin siyahısına daxil etməklə Ermənistanın hazırki hakimiyyəti bir dəfəyə iki məqsədə nail olmaq istəyir: zamanında İran ərazisində yerləşən üç erməni monastır kompleksini (Surb Stepanos, Surb Tavedos Arakyali və Dzor Dzoti kiçik kilsəsi) YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edən İran tərəfini razı salmaq, həmçinin məscidi Azərbaycanın deyil, fars mədəni irsi kimi təqdim etmək”, - politoloq vurğulayıb.
F.Axundov əlavə edib ki, sovet dövründə erməni hakimiyyəti orta əsrlərə aid bütöv şəhəri - İrəvan qalasını məhv edib. Həmin şəhərdə 850 ev olub, lakin yaxşı ki, məscidi tamamilə dağıtmağa müvəffəq olmayıblar, baxmayaraq ki, 4 minarədən 3-ü onlar tərəfindən dağıdılıb. “Biz İrəvan qalasının 500 illiyini qeyd edərkən və Ermənistan hakimiyyətini onun dağıdılmasında ittiham edərkən, erməni hökuməti bəyan edib ki, bu Azərbaycanın deyil, Fars qalasıdır. Məntiqli sual ortaya çıxır - əgər bu Fars qalasıdırsa, onu məhv etmək lazımdır?”, - o vurğulayıb.
F.Axundov əmindir ki, Ermənistan hökumətinin “Göy məscidi” fars mədəni irsi kimi təqdim etmək planları uğursuz olacaq. “Birincisi, erməni tərəfinin müvafiq müraciətinə 1,5 ildir ki, İran hökuməti tərəfindən baxılır və cavab verilmir. İkincisi, bu gün Azərbaycan və İran hökumətləri arasında əla münasibətlər qurulub. Beləliklə, Tehranda bu münasibətlərə zərər vurmazlar. Üçüncüsü, YUNESKO-da Ermənistanın ərizəsi dəstəklənməyəcək”, - politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti həm YUNESKO, həm də istənilən digər səviyyədə “Göy məscid”in Azərbaycanın memarlığının şah əsəri və həm Rusiya, Sovet, həm də Fars İmperiyalarında yaşayan Azərbaycan xalqının mədəni irsi olduğunu asanlıqla sübut edə bilər. “Göy məscid”in azərbaycanlıların mülkü olmasına dair kifayət qədər sübutlar var və onlardan istifadə etmək lazmdır ki, növbəti dəfə bütün dünyaya saxtalaşdırma və qonşu xalqların mülklərini özününküləşdirmək məsələlərində Ermənistan hökumətinin sevgisi və mənasız inadkarlığını nümayiş edək”, - F.Axundov əlavə edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət