Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərir. Bunu Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.
“Rusiya Dağlıq Qarabağ və Naxçıvan daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü prinsiplərinin tərəfdarıdır, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri qismində Azərbaycanla Ermənistan arasında sülh dialoquna hər vəchlə yardım edir, hesab edir ki, münaqişə sülh prosesi çərçivəsində həll olunmalıdır”, - S.Markov “Bakı-Moskva: iqtisadi əməkdaşlığın yüksələn trendi” videokörpü zamanı vurğulayıb.
Politoloq son zamanlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyan Naxçıvan Muxtar Respublikası ətrafında yayılan söhbətləri şərh edib.
“Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Mənə məlumdur ki, son zamanlar Azərbaycan mətbuatında Naxçıvanla əlaqədar hansısa problemin mümkün gündəmə gəlməsinə dair narahatlıq yer alıb. İnandırıram ki, Rusiya dövlətinin mövqeyi çox aydın və dəqiqdir: Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bunu şübhə altına alan istənilən söhbətlər hüququ və bölgədə sabitliyi pozmağa yönəlib”, - S.Markov vurğulayıb.
Onun sözlərinə görə, Naxçıvanla Azərbaycanın qalan ərazisi ilə əlaqə yaradılması məqsədilə maksimum imkan yaratmaq zəruridir. “Bir neçə il öncə Kazan formulu tərtib olunub. Həmin formula əsasən, Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonların həm Ermənistan, həm Dağlıq Qarabağın blokadasının aradan götürülməsi, demilitarizasiyası və həmin ərazilərin müvəqqəti statusu müqabilində Azərbaycanın nəzarətinə verilməsi nəzərdə tutulur”, - S.Markov bildirib. **
R.Babayev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət