Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına gedə bilərlər. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ukraynadakı vəziyyətlə əlaqədar, həmin ölkəni qonşu ölkələrə keçməklə tərk etmiş Azərbaycan Respublikası vətəndaşları Bolqarıstan Respublikasının ərazisini quru yolla tranzit keçməklə Türkiyə Respublikasına gedə bilər. Ukraynanı quru sərhədi ilə qonşu ölkələrə keçməklə tərk etmiş vətəndaşlarımız Rumıniya ilə Bolqarıstan arasındakı bütün sərhəd-keçid məntəqələri vasitəsilə Bolqarıstan Respublikasına, oradan isə Türkiyə Respublikasının ərazisinə keçməklə Azərbaycana səfər edə bilərlər”, - deyə məlumatda bildirilir.
Bolqarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münasibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
Bolqarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar Ruminiyadan quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Yaranmış suallarla bağlı vətəndaşlarımız müvafiq olaraq aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərlər:
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi:
Telefon: +407 487 77744, +407 409 90079
Elektron poçt:bucharest@mission.mfa.gov
Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi:
Telefon: +359895002732
Elektron poçt:sofia@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı (Ankara şəhəri) səfirliyi:
Telefon: +905550310007
Elektron poçt:ankara@mission.mfa.gov.az
Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki baş konsulluğu
Telefon: +905441040111
Elektron poçt:istanbul@mission.mfa.gov.az
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət