Azərbaycanın strateji valyuta ehtiyatları rekord $65,9 milyard səviyyəsində qiymətləndirilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib.
“2023-cü ilin 6 ayı ərzində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 12,7% artaraq $65,9 milyarda çatıb”, - Kazımov çərşənbə günü mətbuat konfransında deyib.
Bundan əlavə, 2023-cü ilin yanvar-iyun ayları ərzində AMB-nin valyuta ehtiyatları 2,2% və ya $193,5 milyon artaraq $9,2 milyard (cari ilin birinci rübünə nisbətən dəyişməyib – İF) təşkil edib.
Həmçinin, Kazımov qeyd edib ki, birinci yarımillik ərzində AMB $23 milyon alıb və vurğulayıb ki, bu vəsait dövlət strukturları və beynəlxalq maliyyə təsisatlarından əldə olunub.
"Beynəlxalq maliyyə institutları kommersiya bankları ilə deyil, yalnız Mərkəzi Bank vasitəsilə əməliyyat aparmadıqları görə onlar manat almaq üçün AMB-yə valyuta satırlar. Özəl banklara gəldikdə, Mərkəzi Bank cari ilin əvvəlində xarici valyuta alışı, satışı üzrə onlarla əməliyyat aparmır, çünki bu ilin yanvar ayından etibarən Bloomberg platformasında valyuta bazarı yaradılıb, nəticədə, bazar özünü zəruri valyuta ilə təmin edir və AMB tərəfindən müdaxiləyə yoxdur", - Kazımov vurğulayıb.
Bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatları üzrə proqnozlara toxunan tənzimləyicinin sədri qeyd edib ki, valyuta ehtiyatlarının artırılması ilə bağlı hərəkətlər iqtisadi vəziyyətdən asılı olacaq. Onun sözlərinə görə, AMB valyuta ehtiyatlarının artırılmasını davam etdirməyə yönəlib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət