Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığı və beynəlxalq layihələri müzakirə edib.
“Biz cənab Prezidentlə (Azərbaycan – İF) çox məhsuldar görüş keçirdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Biz iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15% artıb. Ötən il rekord göstəricilərimiz olub. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artıb”, - deyə o, oktyabrın 8-də Tbilisidə Prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Qaribaşvilinin sözlərinə görə, Tbilisi və Bakı dəmir yolu sahəsində uğurla əməkdaşlıq edir. “Biz, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafını və perspektivlərini müzakirə etdik. Biz Azərbaycanla və Qazaxıstanla əlaqələndirilmiş şəkildə fəaliyyət göstəririk ki, həmin layihə uğurla inkişaf etsin. Azərbaycan Gürcüstanla birlikdə çox böyük işlərə başlayıb. Biz də dəmir yolu xətlərimizi müasirləşdiririk və gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yüklərin həcmini iki dəfə artıra biləcəyik”, - deyə baş nazir qeyd edib.
O əlavə edib ki, tezliklə Gürcüstan Anakliya dəniz limanının inşasına başlayacaq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. “Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq. Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik. Biz bir neçə ay ərzində növbəti tarixi layihənin genişləndirilməsini də qeyd edəcəyik. Ona görə də bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Əminəm ki, Azərbaycanla bizim tərəfdaşlığımız və dostluğumuz uzunömürlü olacaq”, - deyə Qaribaşvili vurğulayıb.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət