Cənubi Qafqazın istorioqrafiyasına həsr olunmuş və erməni hakerlər tərəfindən dağıdılmış www.nofalsify.com, www.erevangala.com və www.caucasianhistory.com saytlarının fəaliyyəti bərpa edilib.
“Haker hücumları erməni ictimaiyyətinə informasiya dəstəyi proqramı çərçivəsində may ayının 29-da “Azərbaycan və Ermənistanın alternativ tarixi” filminin təqdimatı ilə eyni vaxta düşdü. Hücumların geniş miqyaslı olması və eyni vaxtda baş verməsi qətiyyətlə deməyə imkan verir ki, bizim layihələrimiz Ermənistanda müəyyən qüvvələrin xoşuna gəlməyib və biz doğru istiqamətdəyik”, - deyə layihələrin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, layihə Ermənistanın müəyyən elmi dairələri tərəfindən böyük maraqla qarşılanıb. “Bizim layihəmiz bir çox erməni alimlərin diqqətini cəlb edib, regionumuzun istorioqrafiyasının öyrənilməsinə faktlarla zəngin, qərəzsiz yanaşmamız onlarda maraq oyadıb. Düzünü desək, bu, bir tərəfdən təəccüb doğurur ki, hətta erməni professorlar da bu faktlar və hadisələr barədə ilk dəfə eşidirlər. Digər tərəfdən isə bu, qanunauyğundur, axı bu günə qədər hətta erməni alimlər də onların istorioqrafiyasının əsaslandığı saxtakarlıqların əsarətində yaşayıblar”,- deyə F.Axundov qeyd edib.
“Saytı dağıdanlara gəlincə, mən onları məyus etmək istəyirəm. Biz onların kriminal əməllərinə baxmayaraq, erməni ictimaiyyətinin, o cümlədən erməni alimlərin məlumatlandırılması istiqamətindəki işimizi davam etdirəcəyik, onları bundan sonra da haqqında təsəvvürlərinin olmadıqları elmi faktlarla tanış etməkdə davam edəcəyik. Biz bu fəaliyyət çərçivəsində daha iki filmin təqdimatı üzərində işi başa çatdırırıq, onların təqdimatı sentyabr ayında keçiriləcək. Bu filmlər də bu günə qədər geniş ictimaiyyətə məlum olmayan faktları gün işığına çıxaracaq. Və bu faktlar şübhəsiz ki, elmi ictimaiyyətdə yeni maraq dalğası yaradacaq”, - deyə F. Axundov qeyd edib.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət