Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bütün ermənilərin katolikosu II Qareqin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin nüfuzunun Dağlıq Qarabağda uzunmüddətli münaqişənin nəticələrini aşmağa yardım edəcəyinə ümidvar olduğunu bildirib.
“İnanıram ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna faydalı təsir göstərə bilər, bugünkü görüş və aranızda baş tutan dialoq hər kəs üçün nümunə olacaq”, - Patriarxı Kirill çərşənbə günü Moskva Müqəddəs Danilov monastırında keçirilən dini liderlərin Qarabağ nizamlanması problemi ilə əlaqədar üçtərəfli görüşü açarkən qeyd edib.
O bildirib ki, dini liderlər icmaları ilə birlikdə artıq təqribən 30 il ərzində “bu faciəli qarşıdurmanı yumşaltmaq” üçün çalışırlar, hətta bunun mümkün olmadığı görünsə bedə, sevgi və mərhəməti təbliğ edirlər.
Patriarxı Kirill təəssüflə qeyd edib ki, zorakılıq, qəddarlıq, qan tökülməsinə din ilə haqq qazandıranlar da var və bu cür cəhdlərə birmənalı olaraq cavab verməyə çağırıb.
“Dini müharibələr bəşəriyyətin tarixində dəhşətli günah səhifəsidir və bu gün biz elə etməliyik ki, “din” və “müharibə” anlayışları bir məqsəddə birləşməsin”, - o vurğulayıb.
Patriarx qeyd edib ki, dini liderlər gənc nəslin gələcəyi üçün cavabdehlik daşıyırlar. “Əgər bu gün biz gənclər arasında soyuqluq, qarşılıqlı incikliklər və hətta nifrətin necə gücləndiyinə səssiz qalsaq, o zaman sabah bu mənfi amillər daha da möhkəmlənərək ətarf mühitə zərər verə bilər”, - Patriarx yekun vurub.
Moskva Patriarxının Qarabağ münaqişəsinin həlli üzrə sülhməramlı səyləri 1988-ci ildə Patriarx Pimenin katalikos I Vazqenə ünvanladığı məktubdan başlayıb. Eyni zamanda, Ermənistan və Azərbaycan dini liderləri arasında dialoq başlandı.
Moskva Müqəddəs Danilov monastırında ilk sülhməramlı görüş 28 il əvvəl baş tutub: 1993-cü ildə Rusiya və Ermənistan kilsələrinin başçıları arasında görüş keçirilib, daha sonra Patriarx Aleksiy Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. İlk dəfə üçtərəfli görüş 1993-cü ildə Danilov monastırında baş tutdu.
Bütövlükdə, Moskvada Qarabağ məsələsi ilə bağlı 10 görüş keçirilib, onlardan beşi üçtərəfli və bir görüş Gürcüstan Patriarxının iştirakı ilə dördtərəfli olub.
Patriarx Kirillin iştirakı ilə 3 üçtərəfli görüş baş tutub: 2010-cu ildə Bakıda, 2011-ci ildə - İrəvanda və 2017-ci ildə - Moskvada. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət